PSJ Messiyə müqavilə təklif etdi
Transfer

PSJ Messiyə müqavilə təklif etdi

  • 2021-07-04

PSJ "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messiyə sözləşmə təklif edib.

Bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, Paris klubu 34 yaşlı hücumçuya  müqavilə təklif etsə də, tələsmir. Paytaxt təmsilçisi Messinin Argentina millisinin heyətində mübarizə apardığı Amerika kubokunun başa çatmasını gözləyəcək.

Həmçinin xəbərdə o da qeyd olunub ki, PSJ Messiyə "Barselona"dan daha yüksək bir maaş vəd edir.

Qeyd edək ki, Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadora qalib gələrək (3:0) yarımfinala adlayıb. Messi sözügedən görüşdə qol vurmağı da bacarıb.