Cengiz Ündər "Marsel"də - Rəsmi
Transfer

Cengiz Ündər "Marsel"də - Rəsmi

  • 2021-07-04

"Roma"nın futbolçusu Cengiz Ünderin Fransanın "Marsel" klubuna keçidi rəsmiləşib.

Liqa 1 təmsilçisinin rəsmi saytına əsasən, Türkiyə millisinin üzvü ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiçi ötən mövsümü icarə əsasında "Lester"də keçirib. Onun "Roma" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.