"Mançester Yunayted" 35 yaşlı qapıçı transfer etdi
Transfer

"Mançester Yunayted" 35 yaşlı qapıçı transfer etdi

  • 2021-07-02

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun saytına əsasən, "qırmızı şeytanlar" "Aston Villa"nın qapıçısı Tom Hitonu transfer edib. 35 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Hiton bir çox kluba icarəyə göndərilib. O, 2010-ci ildə klubdan ayrılmışdı.