Bruno Alveşin yeni klubu
Transfer

Bruno Alveşin yeni klubu

  • 2021-07-02

Portuqaliya millisinin sabiq futbolçusu Bruno Alveşin yeni klubu məlum olub.

39 yaşlı müdafiəçi ölkəsinin “Famalikan” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alveşlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alveş karyerası ərzində “Portu”, “Farense”, “Gimaraynş”, “Fənərbaxça”, “Zenit”, “Kalyari” və “Parma” kimi klublarda çıxış edib. Müdafiəçi Portuqaliya yığmasında 96 oyuna çıxıb.