Daha bir il "Mançester Yunayted"də
Transfer

Daha bir il "Mançester Yunayted"də

  • 2021-07-02

"Mançester Yunayted" futbolçusu Xuan Mata ilə müqaviləsini yeniləyib.

Klubun rəsmi saytına əsasən, Xuan Mata ilə daha 1 illik müqavilə imzalanıb. Müqavilə 2022-ci ilin iyun ayına qədər dəvam edəcək. O, 2014-cü ilin yanvar ayından etibarən "Mançester Yunayted"də forma geyinir.

Qeyd edək ki, Mata "qırmızı şeytanlar"ların heyətində 273 matça çıxıb. O, bu müddət ərzində 51 qola imza atıb.