Riberi ilə yollar ayrıldı
Transfer

Riberi ilə yollar ayrıldı

  • 2021-07-01

"Fiorentina" futbolçusu Frank Riberi ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Frank Riberi "Fiorentina"ya 2019-cu ilin avqustunda "Bavariya"dan keçib. Fransalı oyunçu bu komandada 51 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.