"Vulverhempton"un baş məşqçisi istefa verdi
- 2021-05-22
İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi Nuno Eşpirito komandadan ayrılır.
Bu barədə məlumatı Premyer Liqa təmsilçisinin rəsmi saytı yayıb.
Portuqaliyalı mütəxəssisin mayın 23-də “Mançester Yunayted”lə keçiriləcək mövsümün son qarşılaşmasından sonra vəzifəsindən ayrılacağı bildirilib. 2023-cü ilin yayınadək müqaviləsi olan baş məşqçi özü istefa verib.
Qeyd edək ki, “Vulverhemtpon” sona bir tur qalmış 45 xalla 12-ci pillədə qərarlaşıb.