Liqa 1-də daha bir türk
Transfer

Liqa 1-də daha bir türk

  • 2021-07-01

"Roma"nın futbolçusu Cengiz Ünder karyerasını Fransada davam etdirməyə yaxındır.

"NTV Sport"a əsasən, türk yarımümdafiəçi "Marsel"lə razılığa gəlib. Razılığa əsasən, 23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Bu transfer üçün Fransa təmsilçisi 10 milyon avro təzminat ödəyəcək. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, C.Ünder ötən mövsümü icarə əsasında "Lester"də keçirib. Onun "Roma" ilə müqaviləsi 2023-cü ilin yayı başa çatır.