"Fiorentina"da yeni baş məşqçi
Transfer

"Fiorentina"da yeni baş məşqçi

  • 2021-06-30

"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.

Klubun saytına əsasən, Cennaro Qattuzonun istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Vinçenzo İtalyano təyin olunub. Onunla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, V.İtalyano son olaraq "Spezia"nı çalışdırıb.

Xatırladaq ki, "Fiorentina" ötən mövsüm İtaliya A seriyasını 13-cü, "Spezia" isə 15-ci pillədə tamamlayıb.