Rafael Benites "Everton"da
Transfer

Rafael Benites "Everton"da

  • 2021-06-30

Rafael Benitesin "Everton"a keçidi rəsmiləşib.

Klubun saytına əsasən, ispan mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, yeni klubunda işinə iyulun 5-i başlayacaq.

Qeyd edək ki, Benites 2019-cu ildən Çin Superliqası təmsilçisi "Dalyan Pro"nu çalışdırıb, lakin bu ilin yanvarın klubla müqaviləsini ləğv edib. O, karyerası ərzində "Liverpul", "Real", "Napoli", "Çelsi" kimi klubların da baş məşqçisi olub.