Ozan Kabak "Liverpul"la vidalaşdı
Transfer

Ozan Kabak "Liverpul"la vidalaşdı

  • 2021-06-30

Yanvarda "Şalke"dən "Liverpul"a icarəyə göndərilən Ozan Kabak İngiltərə klubundan ayrılıb.

Bu barədə türk müdafiəçi özünün "Tvitter" hesabında yazıb. O, klubla vidalaşıb:

"Bura gəldiyim ilk gündən etibarən mənə göstərdiyiniz maraq və dəstək üçün təşəkkür edirəm. "Liverpul"da olduğum 4 ay müddətində karyeram üçün  yaxşı təcrübə qazandığımı düşünürəm. Baş məşqçi Yurgen Klopp və bütün komanda yoldaşlarımdan çox şey öyrəndim. Bu özəl ailənin parçası olmaq qürurvericidir. "Liverpul"da keçirdiyim müddəti mənə yazdığınız bəstə ilə xoşbəxt şəkildə xatırlayacağam".

Qeyd edək ki, "Liverpul" O.Kabak birdəfəlik almaq hüququndan istifadə etməyib.