Lester Patson Dakanı heyətinə qatdı
Transfer

Lester Patson Dakanı heyətinə qatdı

  • 2021-06-30

"Lester" "Zalsburq"un hücumçusu Patson Dakanı heyətinə qatıb.

Bu haqda İngiltərə klubunun saytı məlumat yayıb. 22 yaşlı zimbabveli oyunçu ilə qarşıdakı 5 mövsüm üçün müqavilə imzalanıb. Müqavilənin maddi tərəfləri haqda məlumat verilməsə də, transferin ingilislərə 30 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Daka Avstriya bundesliqasında son mövsümün bombardiri olub (28 oyuna 27 qol).