Skott Parker istefaya göndərildi
- 2021-06-29
İngiltərənin “Fulhem” klubu baş məşqçisi Skott Parkerlə yollar ayrılıb.
Klubun rəsmi saytına əsasən, 40 yaşlı ingilis mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun 2023-cü ilin yayına qədər sözləşməsi var idi.
London təmsilçisi ötən mövsümdə Premyer Liqanı 18-ci sırada bitirib və Çempionşipə düşüb. İngiltərə millisinin sabiq üzvü 2019-cu ilin fevralından "Fulhem"i çalışdırırdı.