"İnter" iki futbolçusu ilə müqaviləni uzatdı
Transfer

"İnter" iki futbolçusu ilə müqaviləni uzatdı

  • 2021-06-29

Son İtaliya çempionu “İnter” iki müdafiəçisi – Andrea Ranokkiya və Danilo D’Ambrozionun müqaviləsini uzadıb.

Klubun rəsmi saytına əsasən, hər iki futbolçunun yeni sözləşməsi 1 illikdir.

Qeyd edək ki, 2010-cu ildən "İnter"də çıxış edən 33 yaşlı Ranokkiya müxtəlif illərdə "Cenua", "Sampdoriya" və "Hall Siti"də icarə əsasında oynayıb. 32 yaşlı Danilo D’Ambrozio isə 2013-cü ildən Milan təmsilçisinin şərəfini qoruyur.