“Barselona” onunla yollarını ayırdı
Transfer

“Barselona” onunla yollarını ayırdı

  • 2021-06-29

“Barselona” futbolçusu Mateus Fernandeslə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər olan müqaviləyə xitam verildiyi bildirilib.

Qeyd edək ki, Fernandes ötən il “Barselona”ya “Palmeyras”dan keçib. O, son mövsümü icarə əsasən “Real Valyadolid”də keçirib.