"Yuventus" Ronaldonun qərarını gözləyir
- 2021-06-29
"Yuventus" hücumçusu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qərar verəcəyini gözləyir.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı oyunçu Turin klubu ilə müqaviləni uzatmağa hazır olub-olmadığına qərar verməlidir. Çünki "Yuventus"un transfer bazarındakı işi onun qərarından asılıdır. Forvard komandanı tərk edərsə, klub eyni anda bir neçə oyunçu ala biləcək. 36 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyinə iyul ayının ortalarına qədər qərar verəcəyi gözlənilir .
Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, ötən mövsüm İtaliya A seriyasında meydana çıxdığı 33 matçda 29 qol vuraraq çempionatın ən yaxşı bombardiri olub.