Fernandinyo ilə yeni müqavilə imzalandı
Transfer

Fernandinyo ilə yeni müqavilə imzalandı

  • 2021-06-29

"Mançester Siti" futbolçusu Fernandinyo ilə yeni müqavilə imzalayıb.

Klubun saytına əsasən, 36 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Fernandinyo 8 ildir Mançester təmsilçisində çıxış edir. O, bu müddətdə 350 oyuna çıxıb.