Kristof Qaltyenin yeni klubu
Transfer

Kristof Qaltyenin yeni klubu

  • 2021-06-29

"Lill"dən gözlənilmədən ayrılan Kristof Qaltye "Nitsa"nın baş məşqçisi təyin olunub.

Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 54 yaşlı ötən mövsüm "Lill"lə Fransa çempionu olduqdan sonra klubdan ayrılıb.

Xatırladaq ki, "Nitsa" 2020/2021 mövsümdə Fransa Liqasını 9-cu pillədə tamamlayıb.