"Tottenhem"dən "Napoli"yə
Transfer

"Tottenhem"dən "Napoli"yə

  • 2022-08-20

"Napoli" "Tottenhem"in futbolçusu Tanqay Ndombeleni icarəyə götürüb.

İtaliya klubunun mətbuat xidmətinə istinadən, fransalı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında A seriyası təmsilçisində keçirəcək. "Napoli"nin oyunçunu bu mövsümün sonu 30 milyon avro ödəyərək birdəfəlik almaq hüququ olacaq.

Qeyd edək ki, Ndombele ötən mövsümün ilk yarısını "Tottenhem"də, 2-ci yarısını "Lion"da keçirib.