"Liverpul" Keyta ilə bağlı qərarını verdi
- 2022-08-18
"Liverpul" futbolçusu Nabi Keytanın gələcəyi ilə bağlı qərar verib.
"Goal.com"a istinadən, Mersisayd təmsilçisi qvineyalı yarımmüdafiəçi ilə gələn ilin yayında başa çatacaq müqaviləni uzatmaq qərarına gəlib.
Qeyd edək ki, Keyta 2018-ci ildən "Liverpul"da çıxış edir. O, indiyə kimi 117 matçda iştirak edib, 11 qol vurub və 7 qolun ötürməsini verib.