İsko "Sevilya"da - Rəsmi
Transfer

İsko "Sevilya"da - Rəsmi

  • 2022-08-09

"Real"dan ayrılan İskonun "Sevilya"ya keçidi rəsmiləşib.

Klubun saytına istinadən, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İsko 2013-cü ildə "Malaqa"dan "Real"a transfer olunmuşdu. O, Madrid təmsilçisindən yayda azad agent kimi ayrılmışdı.