"Qalatasaray"dan 2 məşhur futbolçu transferi
Transfer

"Qalatasaray"dan 2 məşhur futbolçu transferi

  • 2022-08-09

"Qalatasaray" heyətinə iki ulduz futbolçu cəlb edib.

Klubun rəsmi saytına istinadən, bunlar belçikalı hücumçu Dris Mertens və uruqvaylı yarımmüdafiəçi Lukas Torreyradır.

"Napoli"dən ayrılan Mertens İstanbul klubuna azad agent kimi keçib. 36 yaşlı futblçu ilə 1 illik müqavilə imzalanıb.

London "Arsenal"ından alınan 26 yaşlı Torreyra ilə isə 2026-cı ilə qədər sözləşmə imzalanıb.