"PSJ" Navası bir şərtlə sata bilər
Transfer

"PSJ" Navası bir şərtlə sata bilər

  • 2022-08-08

"PSJ"nin qapıçısı Keylor Navas yay transfer pəncərəsində klubunu dəyişə bilər. 

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi onu yüksək səviyyəli qapıçı hesab edir. Ancaq "PSJ" bir şərtlə - kluba yaxşı təklif gəlsə, Navası satmağa hazırdır. Hazırda "Napoli" Keylor Navas üçün danışıqlar aparır. 

Qeyd edək ki, "PSJ"nin yeni mövsüm əsas qapıçısı Canluici Donnarumma olacaq.