"Barselona"dan "Selta"ya - Rəsmi
Transfer

"Barselona"dan "Selta"ya - Rəsmi

  • 2022-08-04

"Barselona"nın futbolçusu Oskar Minqesanın "Selta"ya keçidi rəsmiləşib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Minqesa "Barselona"nın yetirməsidir. O, La Liqada 46 matça çıxıb.