"Liverpul"da yeni müqavilə
- 2022-08-03
"Liverpul" hücumçusu Dioqo Jota ilə yeni müqavilə imzalayıb.
Klubun saytına istinadən, 25 yaşlı oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Jota 2020-ci ilin sentyabrından "Liverpul"da çıxış edir. Portuqaliyalı futbolçu komandanın heyətində 85 oyunda 34 qol vurub və 9 qolun ötürməsini verib.