"Mançester Yunayted" yeni transferi ilə müqavilə imzaladı
Transfer

"Mançester Yunayted" yeni transferi ilə müqavilə imzaladı

  • 2022-07-28

"Mançester Yunayted" "Ayaks"dan transfer etdiyi Lisandro Martineslə müqavilə imzalayıb.

Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi 5 illik müqaviləyə qol çəkib. 

Daha əvvəl məlum olmuşdu ki, argentinalı futbolçunun transferi "Mançester Yunayted"ə 57+10 milyon avroya başa gəlib.

Qeyd edək ki, Lisandro ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 36 oyunda 1 qol vurub.