Suaresin yeni klubu müəyyənləşdi - Rəsmi
Transfer

Suaresin yeni klubu müəyyənləşdi - Rəsmi

  • 2022-07-27

Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.

O, bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib.

35 yaşlı forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.

Qeyd edək ki, Suares 1998 - 2006-cı illərdə də bu komandada çıxış edib. O, Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona" ilə "Atletiko"da oynayıb.