"Bavariya"dan yeni transfer - Rəsmi
Transfer

"Bavariya"dan yeni transfer - Rəsmi

  • 2022-07-27

"Bavariya" "Renn"in hücumçu Mathis Teli transfer edib.

Klubun saytına istinadən, fransalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 17 yaşlı oyunçu yeni klubunda 39  nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Almaniya mətbuatı Münhen təmsilçisinin bu transfer üçün  20+8,5 milyon avroya xərclədiyini, futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalandığını yazıb.