"Fənərbaxça"dan "Napoli"yə
Transfer

"Fənərbaxça"dan "Napoli"yə

  • 2022-07-27

"Fənərbaxça"nın futbolçusu Kim Min Cen "Napoli"yə keçir.

İtaliya mətbuatına istinadən, cənubi koreyalı müdafiəçi artıq Neapoldadır. O, tibbi müayinədən keçdikdən sonra "Napoli" ilə müqavilə imzalayacaq.

Türkiyə mətbuatı "Napoli"nin 25 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyini yazıb. "Football Italia" nəşri isə Kim Minlə 3+2 illik müqavilə imzalanacağını və onun ildə 2.5 milyon avro qazanacağını iddia edir.