Türkiyə millisinin üzvü "Reyncers"də - Rəsmi
Transfer

Türkiyə millisinin üzvü "Reyncers"də - Rəsmi

  • 2022-07-26

"Beşiktaş"ın futbolçusu Rıdvan Yılmaz "Reyncers"ə transfer olunub.

Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Şotlandiya təmsilçisi 21 yaşlı müdafiəçi üçün 4 milyon avro təzminat ödəyəcək. Bundan başqa müqavilədəki bəndə əsasən, "Beşiktaş" 2 milyon 250 min avro bonus da qazana bilər.

Qeyd edək ki, Türkiyə millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayıb.