"Napoli"nin tarixinə düşən futbolçu klubdan ayrıldı
Transfer

"Napoli"nin tarixinə düşən futbolçu klubdan ayrıldı

  • 2022-07-25

Belçika millisinin üzvü Dris Mertens "Napoli"dən ayrılıb.

Klubun rəsmi saytına istinadən, 35 yaşlı yarımmüdafiəçi başa çatan müqaviləsini yeniləmək istəməyib.

Qeyd edək ki, 2013-cü ildən "Napoli"də çıxış edən Mertens 397 matça çıxıb 148 qol vurub. O, klub tarixinin ən yaxşı bombardiridir. Mertens "Napoli" ilə iki dəfə İtaliya kubokunu, bir dəfə isə İtaliya Superkubokunu qazanıb.