Ronaldo bu kluba keçməyə razıdır
Transfer

Ronaldo bu kluba keçməyə razıdır

  • 2022-07-24

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Atletiko"ya keçməyə razıdır.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, 37 yaşlı oyunçunun istəyinə baxmayaraq, "Atletiko" bu transfer üçün ulduz futbolçularıdan birini satmalı olacaq.

Xəbərdə o da qeyd olunub ki, "Atletiko"nun azarkeşləri Ronaldonun "Real"ın sabiq futbolçusu olmasına onun mümkün keçidini bəyənməyə bilərlər.

Xatırladaq ki, portuqaliyalı oyunçunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi ilə bağlı xəbərlər yayılıb.