Linqardın yeni klubu müəyyənləşdi - Rəsmi
Transfer

Linqardın yeni klubu müəyyənləşdi - Rəsmi

  • 2022-07-22

"Mançester Yunayted"dən ayrılan Cessi Linqardın yeni klubu müəyyənləşib.

İngilis yarımmüdafiəçi "Nottingem Forest"də çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Cessi Linqard 21 il sonra klubundan ayrılıb. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qol vurub.