De Liqt "Bavariya"da - Rəsmi
Transfer

De Liqt "Bavariya"da - Rəsmi

  • 2022-07-20

"Bavariya" "Yuventus"un futbolçusu Matteyis de Liqti transfer edib. 

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqa klubu 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. "Bavariya" bu keçidə görə "Yuventus"a 70+10 milyon avro ödəyəcək.

Qeyd edək ki, De Liqt 2019-cu ildən "Yuventus"da oynayırdı. O, Niderland millisinin də üzvüdür.