"Milan" İbrahimoviçlə müqaviləni uzatdı - Rəsmi
Transfer

"Milan" İbrahimoviçlə müqaviləni uzatdı - Rəsmi

  • 2022-07-19

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.

Klubun rəsmi saytına istinadən, isveçli hücumçu 2023-cü ilin yayınadək "qırmızı-qaralar"da çıxış edəcək.

Qeyd edək ki, 40 yaşlı forvard "Milan"da ilk dəfə 2010 - 2012-ci illərdə forma geyinib. O, 2020-ci ilin yanvarında yenidən komandaya qayıdıb.