"Mançester Yunayted"dən yeni transfer - Rəsmi
Transfer

"Mançester Yunayted"dən yeni transfer - Rəsmi

  • 2022-07-18

"Mançester Yunayted" "Ayaks"dan Lisandro Martinesin transferini rəsmiləşdirib. 

Bu barədə klubun saytı məlumat yayıb. Lakin 24 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

"Ayaks"ın mətbuat xidmətindən verilən məlumata görə isə, İngiltərə klubu Martines üçün 57,37+10 milyon avro ödəyəcək.

Xatırladaq ki, Lisandro geridə qalan mövsüm 24 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.