"Benfika"nın hücumçusu "Qalatasaray"da
Transfer

"Benfika"nın hücumçusu "Qalatasaray"da

  • 2022-07-17

"Benfika"nın hücumçusu Haris Seferoviç "Qalatasaray"a keçir.

Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

İsveçrəli futbolçu 2022-2023 mövsümünün icarə əsasında İstanbul klubunda çıxış edəcək. 

Seferoviç "Benfika"ya 2017-ci ildə Frankfurt "Ayntraxt"ından keçib. Hücumçu ötən mövsüm "Benfika"nın heyətində 10 liqa oyununa çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.