"Çelsi"dən yeni transfer - Rəsmi
Transfer

"Çelsi"dən yeni transfer - Rəsmi

  • 2022-07-16

"Çelsi" növbəti transferini həyata keçirib.

Klubun saytına istinadən, London təmsilçisi Kalidu Kulibalini transfer edib. 31 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı K.Kulibalinin son klubu "Napoli" olub. O, ötən mövsüm klubun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.