Riyad Mahrez daha 3 il "Mançester Siti"də
Transfer

Riyad Mahrez daha 3 il "Mançester Siti"də

  • 2022-07-16

Riyad Mahrez "Mançester Siti" ilə yeni müqavilə imzalayıb .

Klubun saytına istinadən, 31 yaşlı oyunçu ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, əlcəzairli yarımmüdafiəçi 2018-ci ildə "Lester"dən "Mançester Siti"yə keçib. Bu müddət ərzində o, klubda 189 oyuna çıxıb, 63 qol vurub və 45 qolun ötürməsini verib.