Rafinya "Barselona"da - Rəsmi
Transfer

Rafinya "Barselona"da - Rəsmi

  • 2022-07-15

"Lids"in yarımmüdafiəçisi Rafinyanın "Barselona"ya keçidi rəsmiləşib.

Kataloniya klubunun saytına istinadən, braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib. 

Qeyd edək ki, 26 yaşlı oyunçu "Lids"ə 2020-ci ildə "Renn"dən keçib.