"Fənərbaxça" norveçli hücumçu transfer etdi
- 2022-07-13
"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi İngiltərənin "Uotford" klubundan ayrılan Coşua Kinqi transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu bugünlərdə İstanbula gedərək "Fənərbaxça" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Coşua Kinq son mövsümdə "Uotford"un heyətində meydana çıxdığı 33 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.