"Borussiya" yeni hücumçu transfer etdi - Rəsmi
Transfer

"Borussiya" yeni hücumçu transfer etdi - Rəsmi

  • 2022-07-06

Dortmund "Borussiya"sı "Ayaks"ın hücumçusu Sebastian Halleri transfer edib.

Klubun saytına istinadən, Fildişi Sahili millisinin üzvü ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, S.Haller ötən mövsüm 42 matda 34 qol vurub, 9 qolun ötürməsini verib.