"PSJ" yeni baş məşqçisini açıqladı
Transfer

"PSJ" yeni baş məşqçisini açıqladı

  • 2022-07-06

Maurisio Poçettinonu istefaya göndərən "PSJ" yeni baş məşqçisini açıqlayıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanı Kristof Qaltye çalışdıracaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl tərəflərin 2+1 illik sözləşməyə qol çəkəcəyi bildirilirdi. 

Qeyd edək ki, Qaltye daha əvvəl Fransada "Sent-Etyen" və "Lill", "Nitsa" kimi komandaları çalışdırıb. Fransalı mütəxəssisin son klubu məhz "Nitsa" olub. O, bu il klubdan ayrılıb.