Kristian Eriksenin yeni klubu müəyyənləşdi
Transfer

Kristian Eriksenin yeni klubu müəyyənləşdi

  • 2022-07-05

"Brentford"dan ayrılan Kristian Eriksenin yeni klubu müəyyənləşib.

"Mirror"a istinadən, Danimarka millisinin üzvü "Mançester Yunayted"lə anlaşıb. Bugünlərdə tibbi müayindən keçəcək 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacağı gözlənilir. Eriksen "Mançester Yunayted"ə azad agent kimi keçəcək.

Qeyd edək ki, Eriksen bu ilin yanvar ayından "Brentford"da oynayırdı.