"Milan"dan "Barselona"ya - Rəsmi
Transfer

"Milan"dan "Barselona"ya - Rəsmi

  • 2022-07-05

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytına istinadən, Kataloniya təmsilçisi "Milan"dan Frank Kessyeni transfer edib.

Fil Dişi Sahili millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçiyə 500 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, 2017-ci ildən "Milan"da çıxış edən Frank Kessye komandada 223 oyuna 37 qol vurub, 16 məhsuldar ötürmə edib.