Üç klub Ronaldodan imtina etdi
Transfer

Üç klub Ronaldodan imtina etdi

  • 2022-07-04

"Bavariya", "Çelsi" və "PSJ" yay transfer pəncərəsində "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu almaq variantından imtina ediblər.

Bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. 

Bildirilib ki, Münhen klubunun rəhbərliyi portuqaliyalı futbolçunun yaşını əsas gətirərək bundan imtina edib. "Çelsi" Ronaldonu almaq istəmir, buna baş məşqçi Tomas Tuhel qarşı çıxıb. Həmçinin 37 yaşlı futbolçunun agenti Jorje Mendeş "PSJ"yə oyunçunu təklif etsə də, parislilər daha bir hücumçu ilə maraqlanmadığını vurğulayıb.