"Liverpul" yeni transferi ilə müqavilə bağladı
Transfer

"Liverpul" yeni transferi ilə müqavilə bağladı

  • 2022-07-04

"Liverpul" yeni transferi Fabio Karvalyonu ictimaiyyətə təqdim edib. 

Klubun rəsmi saytına istinadən, "Flem"dən alınan 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, sabahdan komanda ilə məşqlərə başlayacaq.

Mersisayd klubu Portuqaliyanın U-21 yığmasının da üzvü olan gənc futbolçunun keçidinə görə qarşı tərəfə 5,9 milyon avro ödənilib.

Qeyd edək ki, Karvalyo ötən mövsüm "Fulhem"də 38 matçda 11 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.