Cenk Tosun yenidən "Beşiktaş"da - Rəsmi
Transfer

Cenk Tosun yenidən "Beşiktaş"da - Rəsmi

  • 2022-07-04

"Beşiktaş" növbəti transferini rəsmiləşdirib.

Klubun saytına istinadən, İstanbul təmsilçisi "Everton"dan ayrılan Cenk Tosunu heyətinə qatıb. Türkiyə millisinin hücumçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, C.Tosun 2014-2018-ci illərdə "Beşiktaş"da oynayıb.