"Milan" onu birdəfəlik transfer etdi
Transfer

"Milan" onu birdəfəlik transfer etdi

  • 2022-07-02

"Milan" komandada icarə əsasında çıxış edən Alessandro Florenzini "Roma"dan birdəfəlik transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Florenzi 2011-ci ildən "Roma"nın futbolçusu idi. O, icarə əsasında "Krotone", "Valensiya" və "PSJ"də oynayıb.