"Marsel" Sampaoli ilə yolları ayırdı
Transfer

"Marsel" Sampaoli ilə yolları ayırdı

  • 2022-07-02

"Marsel" baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb.

Klubun saytına istinadən, argentinalı mütəxəssislə əməkdaşlığı dayandırmaqla bağlı qarşılıqlı razılaşma əldə olunub. 

Fransa mətbuatı yazıb ki, məşqçinin gedişinə səbəb klubun transfer siyasətindən narazılığıdır. O, Çempionlar Liqasında oynamaq hüququ olan komandanın yeni transferlər etməli olduğunu söyləyib. Klub rəhbərliyi isə pula qənaət etməyə çalışır.

Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından "Marsel"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə Fransa Liqa 1-də 2-ci olub.